Fransa çempionatında 10-cu tura Lionda yekun vurulub. Şəhərin eyni adlı komandası “Sent-Etyen”lə qarşılaşıb. Qonaqların hesabı açdığı oyunda meydan sahibləri qələbə qazanıblar. “Sent-Etyen” isə ardıcıl 6-cı görüşündə də uduzmaqla diqqət çəkib.
Hesab 40-cı dəqiqədə açılıb. “Lion”un qapıçısı Antonio Lopeş avtoqol müəllifi olub. Fasilədən sonra meydan sahibləri hesabı öz xeyirlərinə dəyişə biliblər. Tino Kadevere dubl edib. Afrikalı futbolçu 65 və 74-cü dəqiqələrdə fərqlənib. Qarşılaşmanın sonunda qonaqlar penalti vurmaq hüququ qazanıblar. Amma Deni Buanqa bundan yararlana bilməyib. Beləliklə matç “Lion”un 2:1 hesablı qələbəsi ilə başa çatıb. Komanda 10 oyuna 17 xal toplayıb və 5-ci pillədədir. Ardıcıl 6-cı görüşündə də uduzan “Sent –Etyen” 10 xalla 15-ci yerdədir. Yarış cədvəlinə 24 xalla PSJ başçılıq edir.